2016 — 2026 · 10 İllik Yubiley

Yanğın Mühəndisliyinin Sübut Edilmiş Ünvanı.

2016-cı ildən etibarən "Lider Yanğın" Azərbaycanın ən tələbkar obyektlərini — maliyyə institutlarından sənaye komplekslərinə, beynəlxalq hava limanlarından dövlət binalarına qədər — mühəndislik dəqiqliyi ilə qoruyur.

5000+
Tamamlanmış Layihə
10
İl Təcrübə
100+
Korporativ Müştəri
10+
Rəsmi Tərəfdaş

Şirkət Haqqında

Texniki dəqiqlik.
Səhvsiz icra.

2016-cı ildən fəaliyyət göstərən "Lider Yanğın" yüksək ixtisaslı mühəndis heyətini özündə birləşdirir. Biz layihələrinizin icrasını tam kompleks şəkildə idarə edirik: ilkin auditdən başlayaraq, sistemlərin quraşdırılmasına və davamlı texniki dəstəyə qədər.

Biz yanğınsöndürmə avadanlıqları, yanğından mühafizə sistemlərinin, su, köpüklü və qaz vasitəsilə yanğınsöndürmə sistemlərinin, tüstüsovurma və havalandırma sistemlərinin, kamera-nəzarət video müşahidə sistemlərinin satışını, təhlükəsizlik standartlarına uyğun avadanlıq və sistemlərin zəmanətlə quraşdırılmasını, texniki xidməti və baxışını, bir sözlə hərtәrәfli dәstәyini hәyata keçiririk.

Lider Yanğın mühəndislik iş prosesi

Bakı, Azərbaycan — 2026

Rəsmi Lisenziya

Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş rəsmi lisenziyamız, şirkətimizin bütün fəaliyyətlərinin Azərbaycan Respublikasının yanğın təhlükəsizliyi normalarına tam və qeyd-şərtsiz uyğunluğunu təsdiqləyir.

Qeydiyyat Nömrəsi: EL-591/2023
FHN Lisenziyası

Layihəniz üçün konsultasiya alın

Layihənizin həcmindən asılı olmayaraq texniki hesablamalar üçün əlaqə saxlayın. Nümayəndələrimiz ehtiyaclarınıza uyğun olaraq ən sərfəli və effektiv yanğın təhlükəsizliyi həllərini təklif etmək üçün hazırdır.

info@lideryangin.az
Bakı, RST Global C korpusu
+994 50 254 70 07Qiymət Soruşun