
Yanğın Söndürən
Balonlar
Hər yanğın sinfi üçün doğru agent. Yanlış balon seçimi yanğını söndürmür, bəzən daha da yayır. Lider Yanğın FHN sertifikatlı balonları birbaşa təchiz edir.
Növlər
ABC · CO₂ · Köpük · Su
Çəki aralığı
1–50 kq
Yanğın sinfi
A · B · C · D · F
Sertifikat
FHN
10+ il
Peşəkar təcrübə
Servis
Tam Profesional servis
Tam Standartlı Yanğın söndürən Balonlar
Obyektinizin risk profilinə uyğun düzgün agent seçimi həyat xilas edir. Lider Yanğın müxtəlif təyinatlı obyektlər üçün beynəlxalq standartlara cavab verən yanğınsöndürən balonların satışını, texniki yoxlanışını və qanunvericiliyə uyğun dolumunu həyata keçirir.
ABC Tozlu Yanğınsöndürən Balonlar
Azərbaycan bazarında ən çox tələb olunan universal odsöndürən. Kağız, ağac, yanıcı mayelər və 1000V-a qədər elektrik avadanlıqlarında yaranan alovları dərhal boğur. Ofis binaları, ticarət mərkəzləri, avtomobillər və sənaye anbarları üçün mütləq baza müdafiəsi. Rəsmi zəmanətli satış və operativ dolum xidməti.
CO2 (Karbon Qazlı) Yanğınsöndürənlər
Kritik IT infrastrukturu, server otaqları və yüksək gərginlikli elektrik panelləri üçün qalıqsız mühəndislik həlli. Karbon qazı oksigeni mühitdən təcrid edərək alovu boğur və aktivasiyadan sonra heç bir kimyəvi iz, rütubət və ya toz buraxmır. IT infrastrukturu olan hər bir obyektdə ABC balonun əvəzinə CO₂ istifadəsi texniki məcburiyyətdir.
Köpüklü (Foam) Söndürücü Balonlar
Neft məhsulları, benzin, lak, yanacaq ehtiyatı olan anbar və sənaye sahələri üçün Sinif B yanğınsöndürmə standartı. Köpük qatı yanan səthin üzərini tamamilə örtür, oksigen axınını kəsir və täkrar alovlanmanın fiziki yolla qarşısını alır. Yanacaqdoldurma məntəqələri, avtoservislər, neft-kimya zavodları və sənaye sexləri üçün məcburidir.
Hansı Yanğın Balonu Sizin Üçündür?
Yanğın sinfini seçin və düzgün agent tövsiyəsini alın.
Server otağı üçün yeganə texniki doğru seçim: CO₂
ABC tozlu balon server otağında qadağandır. Aktivasiya avadanlığın tam məhvinə səbəb olur.
Server otağı, data mərkəzi, UPS otağı və şəbəkə avadanlıqları olan hər bir sahədə yanğınsöndürmə agenti olaraq CO₂ (karbon qazlı) balon istifadəsi texniki baxımdan məcburidir. ABC tozlu yanğınsöndürən balonlar server avadanlıqlarını söndürdükdən sonra tamamilə məhv edir, kimyəvi toz mikrosxemlərə, disk massivlərinə və PCB lövhələrinə dərhal nüfuz edir. CO₂ isə söndürmədən sonra heç bir qalıq buraxmır, elektrik keçirmir və avadanlığa zərər vermir. Lider Yanğın server otaqları üçün düzgün həcmdə CO₂ balon seçimi, yerləşdirilməsi, FHN qeydiyyatı və illik texniki yoxlanış xidmətlərini kompleks şəkildə həyata keçirir. Əlavə olaraq, server otağı yanğınları üçün xüsusi risk auditləri və təlimatlandırma xidmətləri də mövcuddur.
Agent
CO₂ — Karbon Qazı
Çəki aralığı
2 kq – 80 kq
Söndürmə qalığı
Sıfır - heç bir qalıq yoxdur
Elektrik təhlükəsizliyi
35 kV-a qədər
Standartlar və Sertifikatlar
Lider Yanğın tərəfindən satılan bütün balonlar müvafiq beynəlxalq standartlara uyğundur.

Tez-tez Verilən Suallar
Hansı yanğınsöndürən balon bütün yanğınlar üçün uyğundur?
ABC tozlu balonlar Sinif A (kağız, taxta), Sinif B (yanıcı mayeler) və Sinif C (elektrik) yanğınlarını söndürür. Lakin heç bir balon bütün yanğın sinifləri üçün optimal deyil. Mətbəx yağı yanğınları (Sinif F) üçün xüsusi Wet Chemical agent, yanıcı metal yanğınları (Sinif D) üçün isə D tozu tələb olunur. Ətraflı müzakirə əsasında obyektiniz üçün ən uyğun balon növünü seçmək üçün bizimlə əlaqə saxlayın.
CO₂ balonu nə üçün server otaqları üçün idealdır?
CO₂ balonlar söndürmədən sonra heç bir qalıq buraxmır — nə toz, nə kimyəvi çöküntü. Elektrik keçirmir, yəni yüklü serverlər, UPS sistemləri və şəbəkə avadanlıqları üzərində birbaşa istifadə mümkündür. Lakin qapalı kiçik məkanlarda oksigen azaltma effekti yaradır — geniş havalandırma olan yerlərdə istifadə edilməlidir. Insanlar üçün təhlükәsiz deyil, ona görә dә insanların olmadığı yerlәrdә istifadә edilmәlidir.
Yanğınsöndürən balon nə vaxt dəyişdirilməlidir?
Fiziki zədə, deformasiya, manometrin göstəricisinin normadan aşağı düşməsi, son yoxlama tarixinin keçməsi hallarında balon dəyişdirilməlidir. Bundan əlavə, istifadədən sonra (hətta qismən olsa belə) balon mütləq doldurulmalıdır. Bir qayda olaraq balonlar 10–15 ildən artıq istismarda saxlanmamalıdır. Hər bir balonun üzərində istehsal tarixi və növbəti yoxlama tarixi qeyd olunur — bu tarixlərə ciddi riayət edilməlidir.
Korporativ sifarişlər üçün endirim mümkündür?
Bəli, böyük miqyaslı sifarişlərdə korporativ əməkdaşlıq siyasəti tətbiq olunur. İllik servis müqaviləsi ilə birlikdə sifariş verildiyi halda əlavə güzəşt nəzərdə tutulur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Bakıdan kənara çatdırılma mümkündürmü?
Bəli. Bakı daxilindən əlavə Azərbaycanın digər bölgələrinə çatdırılma həyata keçirilir. Böyük həcmli sifarişlər üçün logistika müzakirə edilir. Çatdırılma müddəti və xərcləri sifarişin miqdarına görə dəyişir. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.
Yanğınsöndürən balon sifarişi verin
Balon növü, sayı və çatdırılma ünvanını bildirin — qiymət siyahısı ilə 24 saat ərzində cavab veririk.
